“Barselona” 3 futbolçu ilə vidalaşa bilər

“Barselona” cari transfer pəncərəsində yarımmüdafiəçi Pedri ilə yollarını ayıra bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barsa” 22 yaşlı futbolçunun satışından təxminən 100 milyon avro qazanmaq istəyir.

Bu sövdələşmə “Atletik”in vingeri Niko Uilyamsın transferini xeyli asanlaşdıracaq. Tərəflər bu transferlə bağlı danışıqlar aparır.

Həmçinin, Kataloniya klubunun sıralarını Pedridən başqa, müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Frenki de Yonq da tərk edə bilər.

“Barselona”nın futbolçularına “Bayern” və PSJ iddialıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button