“Barselona” rəsmisi Olmo haqda: “Bu, klubun imicinə mənfi təsir göstərmir”

“Barselona”nın vitse-prezidenti Elena Fort komandanın yarımmüdafiəçisi Daniel Olmonun cari mövsümün ikinci yarısı üçün qeydiyyatı ilə bağlı problemlərin Kataloniya klubunun imicinə pis təsir etdiyinə inanmır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, klub rəsmisi bunun “Barselona”nın imicinə mənfi təsir göstərmədiyini bildirib:

“Bu, klubun imicinə mənfi təsir göstərmir. “Barselona” əla iş görmüş güclü klubdur. Siz isə peşəkarlığın olmamasından danışanda, bu vəziyyəti qeyd etməklə, burada çalışanlara hörmətsizlik edirsiz”.

Bir müddət əvvəl “Barselona”nın ispaniyalı futbolçularını – yarımmüdafiəçi Dani Olmo və hücumçu Pau Viktoru 2024/25 mövsümünün ikinci yarısı üçün müvəqqəti qeydiyyata almaqla bağlı icazə ala biləcəyi barədə məlumat yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button