“Barselona”nın finaldakı rəqibi bəlli oldu

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Sevilya” səfərdə “Barselona” ilə qarşılaşıb. İlk oyunda iki cavabsız qolla uduzmuş Kataloniya təmsilçisi cavab görüşündə bu topların əvəzini çıxmağı bacarıb. Qalib isə əlavə vaxtda müəyyənləşib. Əlavə vaxtda daha bir qol vuran “Barselona” ilk finalçı olub.

Digər finalçının adına “Levante” – “Atletik” görüşündə aydınlıq gəlib. Üç qolun qeydə alındığı bu görüşdə “Atletik” sevinən tərəf olub.

Beləliklə, İspaniya kubokunun final matçında “Barselona” ilə “Atletiko” üz-üzə gələcək.

İspaniya kuboku, yarımfinalın cavab oyunları

3 mart

Barselona – Sevilya 3:0 (ilk oyun 0:2)
Qol: Dembele, 12. Pike, 90+4. Breytveyt, 95.

4 mart

Levante – Atletik 1:2 (1:1)
Qol: Rocer, 17 – R.Qarsiya, 30-pen. Berenger, 112.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button