Fati “Barselona”ya lazım deyil

“Barselona”nın hücumçusu Ansu Fati transfer söz-söhbətlərinin mövzusu olaraq qalır.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Kataloniya klubu artıq Fatiyə məyusedici xəbər verib. Belə ki, 22 yaşlı futbolçu baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil.

Ansu Fati ötən mövsüm “Brayton”da icarə əsasında çıxış edib. Gənc forvard bu komandayla keçirdiyi 27 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button