Balotelli ad çəkmədən, kimlərisə hədələdi

“Cenoa”nın hücumçusu Mario Balotelli bəzi insanları özünü gəncliyində olduğu kimi aparmağa başlayacağı ilə hədələyib.

İtaliya komandasına əvvəllər Balotelli ilə “Nitsa”da çalışmış Patrik Vieira rəhbərlik edir və baş məşqçi ilə oyunçu arasında münaqişələr olub.

Komanda.az xəbər verir ki, italiyalı futbolçu “instagram”-da paltardəyişmə otağından foto paylaşaraq, bəzi insanların yetkin Marioya layiq olmadıqlarını bildirib:

“Bəzi insanlar yetkin Marioya layiq deyil, 16 yaşlı üsyançı Marioya layiqdirlər. Bəlkə, o zaman əsl hörmətsizliyin nə olduğunu başa düşəcəklər”.

“Cenoa”nın forvardı 2025-ci ildə hələ meydana çıxmayıb və hazırda sınan qolunu sağaldır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button