Bakıdakı dünya kubokunda növbəti qaliblər bəlli oldu
Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku davam edir.
Komanda.az xəbər verir ki, bu gün tüfəng atıcılığı üzrə kişilər arasında komanda yarışlarının finalı keçirilib.
Koreya komandası 16:8 hesabı ilə Avstraliya komandasını geridə qoyub, qızıl medala yiyələnib. Bürünc medal uğrunda yarışda xorvatlar qələbə qazanıb.
Eyni növ üzrə qadınlar arasında keçirilən yarışdan Hindistan komandası qalib çıxaraq, danimarkalıları 17:5 hesabı ilə geridə qoyub və qızıl medal sahibi olub. Polşalı qadınlar bürünc medala yiyələniblər.
Tapançadan atəş üzrə kişilər arasında komanda yarışında qızıl medalı İran komandası İtaliyanı 16:10 hesabı ilə geridə qoyaraq əldə edib. Bürünc medalı almanlar qazanıb. Tapançadan atəşaçma üzrə qadınların komanda yarışında koreyalılar tailandlıları önləyib.
Stend açılığının səngər növü üzrə qızıl medal uğrunda yarışda ABŞ komandasının qadınları avstraliyalıları udub, kişiləri isə küveytlilərə uduzub.
Dünya kuboku uğrunda final yarışlar sabah stend atıcılığının səngər növündə qarışıq komanda üzrə davam edəcək.
Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən dünya kuboku iyunun 7-dək davam edəcək.
Bizi Facebook-da izləyin