Bakıda keçiriləcək oyuna 25 minə yaxın bilet satılıb
“Sabah” klubu mayın 13-də Türkiyə Super Liqa təmsilçisi “Beşiktaş”la yoldaşlıq oyunu keçirəcək.
Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında matç üçün 25 minə yaxın biletin satıldığını bildirib.
Xeyriyyə oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Xatırladaq ki, martın 26-da Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirmişdi. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə bitmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin