Bakıda keçiriləcək yarışın təşkilat komitəsi yaradıldı
25-26 sentyabr 2023-cü ildə Bakıda para-cüdo üzrə qran-pri keçiriləcək.
Komanda.az xəbər verir ki, yarışın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.
Təşkilat Komitəsinə sədrliyi Milli Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Asossiyasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov edəcək.
Milli Paralimpiya Komitəsinin (MPK) prezidentin köməkçisi, idman şöbəsinin müdiri Kamal Məmmədov Təşkilat Komitəsinin sədr müavini təyin edilib.
Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Asossiyasiyasının cüdo idman komitəsinin Avropa üzrə koordinatoru Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının idman direktoru, cüdonun təşkili və inkişafı şöbəsinin müdiri Kamran Talıbov, Azərbaycan Cüdo Federasiyasının yarışların təşkili meneceri Ağayar Axundzadə, Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, paralimpiya çempionu Afaq Sultanova, MPK-nın beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı, Maliyyə və təsərrüfat şöbəsinin müdiri Afər Məhərrəmov, mətbuat katibi Azər Tapdıqov və Komitənin İdman şöbəsinin tibb üzrə aparıcı mütəxəssisi Saday Abdullayev Bakı qran-prisinin Təşkilat Komitəsinin üzvləri təyin ediliblər.
Xatırladaq ki, para-cüdo üzrə qran-pri üçüncü dəfə Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin