“Bakıda bunun əvəzini çıxmağa çalışacağıq” – “Kəpəz”in futbolçusu

“Kəpəz”in futbolçusu Yusif Nəbiyev “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 25-ci tur oyunu ilə bağlı klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, 25 yaşlı müdafiəçi oyunun çətin olacağını deyib:

“Rəqib güclü komandadır, amma onlardan çəkinmirik. Hazırlıq yaxşı əhval-ruhiyədə gedir. Görüşə motivasiya ilə hazırlaşırıq. Çünki ardıcıl iki matçlıq uğurlu seriyamız var. Öz oyunumuzu göstərmək niyyətindəyik. Ən azından xalla qayıtmaq istəyirik. Qələbə qazanmaq isə lap yaxşıdır. Amma bir xalı da nəticə hesab etmək olar. Çünki “Sabah” güclü rəqibdir”.

Nəbiyev paytaxt təmsilçisi ilə Gəncədəki görüşü yada salıb:

“Həmin görüş ağır keçdi. 2:1 öndə olsaq da, qələbəni əldən vermişdik. Öz meydanımızda iki xal itirdiyimizi deyə bilərəm. Bakıda bunun əvəzini çıxmağa çalışacağıq. Oyuna tam ciddi şəkildə hazırlaşırıq”.

O, azarkeşlərin dəstəyinə daim ehtiyaclarının olduğunu bildirib:

“Onların tribunada olması böyük üstünlükdür. Səfərə gələcəklərinə və bizə dəstək olacaqlarına inanıram. Həmişə fanatların yanımızda olmasını istəyirik”.

Martın 4-də oynanılacaq “Kəpəz” – “Sabah” qarşılaşması saat 18:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button