Bakı Olimpiya Stadionu Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının final oyununa ev sahibliyi edə bilər.

Komanda.az UEFA-ya istinadən xəbər verir ki, bununla bağlı AFFA Avropa futbol qurumuna rəsmi müraciət ünvanlayıb.

Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniyanın paytaxtı Madrid şəhəri də eyni ildə qitənin ən nüfuzlu klub turnirinə ev sahibliyi etmək üçün namizlədiyini irəli sürüb. Təklif müsbət cavablandırılarsa, həlledici qarşılaşma “Metropolitano” stadionunda keçirilə bilər.

UEFA İcraiyyə Komitəsi 2025-ci ildəki finalın Almaniyanın Münhen şəhərində keçiriləcəyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button