“Bakı Böyük Dəbilqə” turnirinin püşkü atıldı

Fevralın 15-də “Bakı Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rəsmiləri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında bunları bildirib: “Azərbaycanın cüdo üzrə zəngin ənənəsi var və “Böyük Dəbilqə” turniri on ildən artıqdır ki, Bakıda keçirilir”.

O, yarışın Olimpiyaya vəsiqə baxımından əhəmiyyətli olduğunu da vurğulayıb: “İştirakçılar Parisə lisenziya qazanmaq üçün reytinq xalları uğrunda mübarizə aparmalı olacaqlar. Bakıya çoxlu titullu idmançılar gəlib və ümid edirəm ki, Azərbaycan cüdoçuları öz çıxışları ilə azarkeşləri sevindirəcəklər. Hər kəsə uğurlar arzulayıram”.

Beynəlxalq Cüdo Federasiyasının Məşq və Tədris üzrə Direktoru Məhəmməd Meridja da çıxış edib: “Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışları Olimpiya vəsiqəsinin vacib hissəsidir. Hər yeni start idmançılara reytinq xalları qazanmağa imkan verir və Bakı bir daha dünyanın aparıcı cüdoçularına belə bir fürsət verəcək. Azərbaycan Cüdo Federasiyası çox iş görüb. Bu üç gün ərzində Milli Gimnastika Arenasında gərgin döyüşlərin şahidi olacağıq. Ev sahibləri də mükafatlara əsas namizədlər sırasındadırlar. Ona görə də əminəm ki, yarış həyəcanlı olacaq”.

Meridja Beynəlxalq Federasiyanın prezidenti Marius Vizerin bütün iştirakçılarına xoş arzularını çatdırıb.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bunları bildirib: “Biz bütün qonaqları Bakıda keçiriləcək növbəti “Böyük Dəbilqə” turnirində salamlamaqdan məmnunuq. Bütün iştirakçılara uğurlar arzulayırıq. On ildən artıqdır ki, dünyanın aparıcı cüdoçuları Bakıya gəlir. Turnirimizin mühüm missiyası var, çünki burada iştirakçılar Olimpiadaya düşmək üçün həlledici xallar toplaya bilərlər. Şübhə yoxdur ki, döyüşlər ən yüksək səviyyədə keçəcək və mübarizənin intensivliyi azarkeşləri sevindirəcək”.

Qeyd edək ki, “Bakı Böyük Dəbilqə” turniri 16-18 fevral tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

16 fevral
Leyla Əliyeva (48 kq) – 1/8 finalda rəqibini gözləyir
Könül Əliyeva (48 kq) – Marina Vorobyova (AIN): 1/16 final
Ramilə Əliyeva (48 kq) – Lois Petit (Belçika): 1/16 final
Gültac Məmmədəliyeva (52 kq) – 1/8 finalda rəqibini gözləyir
Aydan Vəliyeva (52 kq) – Naomi Van Krevel (Niderland): 1/16 final
Xədicə Qədəşova (52 kq) – Sofia Asvesta (Kipr): 1/16 final
Fidan Əlizadə (57 kq) – Xayone Ekisoain (İspaniya): 1/16 final
Açelya Toprak (57 kq) – Fazilat Qulboyeva (Tacikistan): 1/16 final
Balabəy Ağayev (60 kq) – 1/8 finalda rəqibini gözləyir
Turan Bayramov (60 kq) – Mohammed Falata (Səudiyyə Ərəbistanı): 1/16 final
Əhməd Yusifov (60 kq) – Miçel Auqusto (Braziliya): 1/16 final
Nazir Talıbov (60 kq) – Ramazan Abdulayev (AIN): 1/16 final
Yaşar Nəcəfov (66 kq) – 1/8 finalda rəqibini gözləyir
Kamran Süleymanov (66 kq) – Straxina Bunçiç (Serbiya): 1/16 final
Rəşad Yelkiyev (66 kq) – Yanislav Gerçev (Bolqarıstan): 1/16 final
İslam Rəhimov (66 kq) – Vilyar Lipard (Estoniya): 1/16 final

17 fevral
Aytac Qardaşxanlı (63 kq) – Zulhumar Daşkinova (Türkmənistan): 1/16 final
Günel Həsənli (70 kq) – Aleksandra Samarciç (Bosniya və Herseqovina): 1/16 final
Hidayət Heydərov (73 kq) – Karim Adarvez (Argentina): 1/16 final
Rəşid Məmmədəliyev (73 kq) – Tohar Butbul (İsrail): 1/16 final
Nurlan Osmanov (73 kq) – Xorxe Qarsiya (İspaniya): 1/32 final
İbrahim Əliyev (73 kq) – Hamad Sulayman (Səudiyyə Ərəbistanı): 1/16 final
Səid Mollayi (81 kq) – Mustafa Həbib (Bosniya və Herseqovina): 1/16 final
Zelim Tçkayev (81 kq) – Abdulelah Albali (Səudiyyə Ərəbistanı): 1/16 final
Ömər Rəcəbli (81 kq) – Mohammed Alharbi (Səudiyyə Ərəbistanı): 1/16 final

18 fevral
Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final
Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final
Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final
Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final
Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final
Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir
Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final
Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button