Bəyanat yaydılar – “Yalandır” dedilər

Braziliya Futbol Konfederasiyası Karlo Ançelottinin ölkənin milli komandasına rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Komanda.az xəbər verir ki, bununla bağlı yayılan bəyanatda belə deyilir:

“Cümə günü “Real”ın çalışdırıcısı Karlo Ançelottinin Braziliya millisinin yeni baş məşqçisi olacağı ilə bağlı yayılan xəbər əsassızdır”.

Həmçinin, qurumun prezidenti Ednaldo Rodriges yeni məşqçi məsələsinin şəffaf şəkildə həll olunduğunu və onun adının lazımi vaxtda açıqlanacağını qeyd edib.

63 yaşlı Ançelottinin 2023-cü ilin yayında “Real”dan ayrılacağı və Braziliya Futbol Konfederasiyası ilə 2026-cı il dünya çempionatının sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacağı bildirilirdi.

Braziliya millisi Titenin gedişindən sonra baş məşqçisiz qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button