“Bəlkə “Neftçi” hakimə təzyiq edir” – Elmar Baxşıyev
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Oyun ağır keçdi. Rəqib yaxşı komandadır. Kollektivi oyuna kökləmişdik. Futbolda vurmayana vurarlar. Məncə, ədalətli nəticə olmadı. Çempionatda heç bir kollektivdən çəkinmirəm. Futbolçulara inanıram, sadəcə qol çatışmır. Qarşıdakı görüşlərdə bunu aradan qaldıracağıq.
Hakimlərin bizə qarşı antipatiyası var. 16 tur ərzində hələ penalti vurmamışıq. Bu gün də “Neftçi”yə bəzi epizodlarda cərimə verdilər, bizə isə yox. Bəlkə “Neftçi” rəsmiləri hakimə təzyiq edir. Bizə kömək lazım deyil. Hər zaman hakimlərin bizə qarşı səhvi olur. Səhvlər düzəlmir, ard-arda davam edir. Hakimlər də nəticə çıxarmalıdır. Biz oyunumuzla göstərəcəyik ki, “Qəbələ” yaşayır və yaşayacaq.
Baş hakim mənə deyir ki, xətti tapdalamısan. Baxıram ki, 5-10 santimetr irəlidəyəm. Buna fikir verirlərsə, futboldan danışmaq olmaz. Bizə kömək lazım deyil. Rəqibi təbrik edirəm. Mənim komandam meydanda futbol adına hər şey etdi”.
Bizi Facebook-da izləyin