“Bəlkə də hansısa oyunçumuz cəzalanacaq” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol veteranları arasında “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilən yoldaşlıq oyunundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı, dünən Konfrans Liqasının AEL-lə (Kipr) ilk matçında (1:1) yaşanan hadisələrlə bağlı fikirlərini söyləyib:
“Dünya futbolunda belə hallar olur. Mən buna idman prinsipləri ilə yanaşıram. Oyunun əvvəlindən qarışıqlıq düşmüşdü. Həm məşqçilər, həm futbolçularla azarkeşlər arasında artıq qarışıqlıq başlamışdı. Hətta UEFA nümayəndəsinə də bildirdik. Sona yaxın artıq ünvanımıza nalayiq ifadələr işlədirdilər. Qoldan sonra ara qarışdı, futbolçularımızın sevincləri azarkeşləri qıcıqlandırdı. Hər bir halda, biz heç vaxt kimdənsə çəkinmirik. Belə oyunlar futbolçuların böyüməsinə kömək edir. Bəlkə də, hansısa oyunçumuz cəzalanacaq. Ancaq belə oyunlar, yenə deyirəm, futbolçuların xarakterli və məsuliyyətli olması baxımından böyüməsinə kömək edir. Mən final fitindən sonra meydançanı tərk etmədim, getməyə tələsmədim”.
Qurbanov veteranlarla keçirilən yoxlama matçı ilə də bağlı fikirlərini deyib:
“Son zamanlarda nə vaxt belə oyunda olmağımı xatırlamıram. Veteranlarla oyun maraqlı olacaq. Təklif gələndə razılaşdım. Çoxdandır futbol oynamıram, görüm nəyisə yadımnan çıxarmışammı?”
Bizi Facebook-da izləyin