Kurtua: “Mənə elə gəldi ki, Alvares topa həqiqətən iki dəfə toxundu”

“Real”ın qapıçısı Tibo Kurtua hesab edir ki, hakim “Atletiko”nun hücumçusu Xulian Alvaresin penaltilər seriyasında vurduğu qolu ləğv etməkdə düzgün qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper, Alvaresin topa həqiqətən iki dəfə topa toxunduğunu düşünür:

“Mənə elə gəldi ki, Alvares topa həqiqətən iki dəfə toxundu. Bəli, bir az şanssız idilər”.

Alvaresin “Real”la Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında yerinə yetirdiyi penalti zərbəsi ciddi müzakirələrə səbəb olub. Argentinalı hücumçu Kurtuanı məğlub etməyi bacarsa da, hakimlərin fikrincə, topa iki dəfə toxunuş edib. VAR-ın müdaxiləsindən sonra qol ləğv edilib.

Karlo Ançelottinin komandası UEFA Çempionlar Liqasının 1/4 finalına oyunsonrası penaltiləri (ilk oyun 2:1, cavab matçı 0:1) daha dəqiq (4:2) yerinə yetirərək irəliləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button