“Azərreyl”lə “Murov”dan ilk oyunda qələbə
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.
Komanda.az xəbər veirr ki, bu gün yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşıb.
Günə “Abşeron” – “Murov” matçı ilə start verilib. Görüş “Murov”un 29:27 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:18 hesabı ilə “Abşeron” qalib gəlsə də, Vüqar Əliyevin komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub – 3:1. Beləliklə, “Murov” yarımfinalın ilk oyununda qələbə qazanıb.
Voleybol Mərkəzində təşkil olunan yarımfinalın digər matçında “Azərreyl”lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran “Azərreyl”in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.
Yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
“Abşeron” – “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” – UNEC 3:0 (25:7, 25:14, 25:17)
Bizi Facebook-da izləyin