Azərbaycanlı iş adamının “Vest Hem”i almaq istəyi baş tutmadı

Azərbaycanlı iş adamı Nəsib Piriyevin rəhbəri olduğu “PAI Capital” investisiya şirkətinin İngiltərənin “Vest Hem” klubunu satın almaq istəyi baş tutmayıb.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Piriyevin sahibi olduğu şirkət təlim-məşq mərkəzi və klubun akademiyaları ilə əlaqədar 175 milyon avroluq investisiya təklifi irəli sürüb. Lakin “Vest Hem”in sahiblərindən Devid Sallivan satışın əleyhinə çıxıb. O bildirib ki, klub yaxşı işləyirsə, onu satmağın vaxtı deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button