Azərbaycanlı hakim ÇL oyununda
Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov qadın komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, C qrupunda ilk turun “Vakıfbank” (Türkiyə) – “Srvena Zvezda” (Serbiya) matçında iş başında olacaq.
Oyun dekabrın 7-də İstanbulda baş tutacaq. Zülfüqarova Aleksandros Milonakis (Yunanıstan) kömək edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin