Azərbaycanlı hakim AÇ-yə təyinat aldı
Çimərlik həndbolu həvəskarlarını qarşıda maraqlı yarış gözləyir. Söhbət növbəti Avropa çempionatından gedir.
Komanda.az xəbər verir ki, iyulun 7-də start veriləcək qitə miqyaslı yarış Çexiyanın paytaxtı Praqada təşkil olunacaq.
Avropa çempionatına dəvət alan EHF nümayəndələri arasında təcrübəli həndbol hakimi Ernest Ağakişinin də adı var. Beynəlxalq dərəcəli referi nüfuzlu yarışda Azərbaycanı təmsil edəcək.
Avropa çempionatının qalibi iyulun 10-da müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin