Azərbaycanlı futbolçu Estoniyada qol hesabını açdı

Estoniya çempionatında 5-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Murad Vəliyevin formasını geyindiyi “Nomme Yunayted” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Tammeka” ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinb.

Murad bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 77-ci dəqiqədə Vəliyev vurub.

İlk qələbəsini qazanan “Nomme Yunayted” hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button