Azərbaycanın yeni rəqibləri – Statistika nə deyir?

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsinin püşkü Azərbaycan millisini A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla bir qrupa saldı.

Statistikaya nəzəaər saldıqda, millimiz bu rəqiblərdən Rumıniya ilə heç vaxt rəsmi oyunlarda qarşılaşmayıb.

Komanda.az xəbər verir ki, millimiz ən çox Niderlandla gücünü sınayıb. Komandamız ümumiyyətlə beynəlaxlq arenada ikinci rəsmi matçını onlara qarşı keçirib. Bu duel 1995-ci ildə baş tutub və rəqibin qələbəsi ilə başa çatıb. Növbəti və sonuncu görüşlərdə heç-heçə qeydə alınsa da, yeganə qələbəni elə onların öz meydanında qazanmışıq.

Maraqlıdır ki, həmin oyun DÇ-2016-nın pley-off mərhələsi çərçivəsində keçirilib. Rəqib meydanında 5:1 hesabı ilə qələbə qazanan komandamız Bakıda 4:4 hesablı heç-heçə etsə də, tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.

Qazaxıstana gəldikdə, bu komanda ilə cəmi bir rəsmi oyunda rəqib olmuşuq. Onda da Bakıda keçirilən qrup mərhələsinin matçında millimiz 6:3 hesabı ilə qələbə qazanıb. Amma yoldaşlıq oyunlarında dəfələrlə rəqib olub Azərbaycan və Qazaxıstan milliləri.

AÇ-96 (seçmə mərhələ – Niderland)
24.10.1995. Niderland – 1:3

AÇ-07 (seçmə mərhələ – Niderland)
22.02.2007. Niderland – 4:4

AÇ-12 (seçmə mərhələ – Azərbaycan)
24.02.2011. Qazaxıstan – 6:3

DÇ-2016 (Pley-off)
22.03.2016. Niderland – 5:1 (s)
12.04.2016. Niderland – 4:4 (e)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button