Azərbaycanın stolüstü tennisçisi Avstriyaya gedir
Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışına qatılacaq.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Komanda.az-a verilən məlumata görə, o, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin müşayiəti ilə Avstriyanın Lints şəhərinə yollanıb.
Quluzadə fevralın 19-dək sözügedən ölkənin U-13 yığması ilə birgə hazırlıqda iştirak edəcək. Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən sayılan Liu Yan Jun tərəfindən aparılır. Səfərin məqsədi idmançının ustalıq səviyyəsinin artırılmasıdır.
Quluzadə müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışlarına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin