Azərbaycanın qadın gimnastlarından beynəlxalq turnirdə 6 medal

Azərbaycanın qadın idman gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaoh’s Cup” beynəlxalq turnirində 6 medal qazanıblar.

Komanda.az xəbər verir ki, mükafatlardan 4-ü “qızıl”, 1-i “gümüş”, 1-i isə “bürünc” olub.

Komandanın heyətində ən yüksək nəticəyə Xədicə Abbaszadə imza atıb. 13 yaşlı idmançı yeniyetmələr arasında dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medallar əldə edib.

2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaqlı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bu yaş kateqoriyasında çıxış edən digər gimnast Albina Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib çıxıb.

“Pharaoh’s Cup” turnirində kişilərdən ibarət Azərbaycan yığmasının üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada 3-cü yeri tutublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button