Azərbaycanın daha bir cüdoçusu “Böyük Dəbilqə”də medal qazandı
Azərbaycanın bir cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”nin sonuncu günündə bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, 100 kq çəkidə dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsüyə qalxmağa müvəffəq olub.
90 kq-dakı Murad Fətiyev və 100 kq-dan yuxarı çəkidə İmran Yusifov isə bürünc medal görüşündə uduzublar.
Xatırladaq ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin