Azərbaycanın daha bir boksçusu DÇ-də mərhələ adladı
Azərbaycan millisinin daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.
Komanda.az xəbər verir ki, Mundialın ikinci gününün axşam seansında rinqə çıxan təmsilçilərimizdən biri qələbə qazandığı halda, digəri məğlubiyyətə üzülüb.
Boksçumuz Məsud Yusifzadə (51 kq) 1/16 final mərhələsi çərçivəsində Enxmandağ Xarxuu (Monqolustan) ilə döyüşüb. O, rəqibini məğlub edərək növbəti görüşə vəsiqə qazanıb. Yusifzadənin 1/8 finalda rəqibi puerto-rikolu Yankiel Rivera olacaq. Döyüş noyabrın 1-nə təsadüf edəcək.
92 kq çəkidə yarışan Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş boksçumuz üçün uğurlu alınmayıb və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, dünya çempionatının üçüncü günündə daha 2 boksçumuz yarışa qoşulacaq. Tayfur Əliyev (60 kq) Çarles Petit-Hommla (Haiti), Alfonso Dominqes Tavfiqulla Suleymani (AİBA) ilə qüvvəsini sınayacaq.
Bizi Facebook-da izləyin