Azərbaycanın AÇ-dəki ən yaxşısı Məmmədova oldu

Monteneqronun Petrovats şəhərində qadın şahmatçılar arasında keçirilən Avropa çempionatı başa çatıb.

Komanda.az xəbər verir ki, yarışda Azərbaycanın 14 iti zəka sahibi qüvvəsini sınayıb.

Son gündə yığmanın 12 üzvü mübarizə aparıb. Onlardan yalnız Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Ləman Hacıyeva öz görüşlərini qələbə ilə bitiriblər.

Günay Məmmədzadə, Türkan Məmmədyarova, Nərmin Abdinova və Ayan Allahverdiyevanın heç-heçə etdiyi 11-ci turda Gövhər Beydullayeva, Xəyalə Abdulla, Səbinə İbrahimova, Nazlı Hümbətova və Lalə Hüseynova məğlub olublar.

Xanım Balacayeva və Mələk İsmayıl isə son turda istirahət ediblər.

Yekunda ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb. 7 xal toplayan şahmatçı yarışı 25-ci pillədə tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button