Azərbaycanın 7 atleti Balkan çempionatına qatılacaq

Azərbaycanın atletika millisi 25-26 mayda Türkiyənin İzmir şəhərində keçiriləcək 77-ci Balkan çempionatında iştirak edəcək.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, yığma yarışda yeddi idmançı ilə təmsil olunacaq.

Bunlar Yekaterina Sarıyeva, Rüstəm Məmmədov (hər ikisi üç təkanla tullanma), Fəridə Rzayeva (100 m və 200 metr m qaçış), Bəxtiyar Əsgərli (800 m və 1500 m qaçış), Nazim Babayev, Kəsgin Abbaszadə (uzunluğa tullanma) və İsmayıl Əliyevdir (nüvə itələmə və lövhə atma).

Turnir Paris-2024 Yay Olimpiya Oyunları və İtaliyanın paytaxtı Romadakı Avropa çempionatına lisenziya xarakterlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button