Azərbaycanı İstanbuldakı turnirdə 9 güləşçi təmsil edəcək
Azərbaycanı mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb
Yunan-Roma güləşçilərimiz turnirin ilk günlərində mübarizə aparacaq. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaq.
Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi təmsil edəcək.
I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.
Hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə əldə edəcək.
Azərbaycan güləşçiləri indiyədək 8 lisenziyanın sahibidir. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kq), yunan-Roma güləşində isə 67 və 77 kq-da Paris-2024-ə lisenziya qazanılıb.
Bizi Facebook-da izləyin