Azərbaycanı avrokuboklarda təmsil edəcək klublara məşq üçün icazə verildi!
Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib.
Komanda.az xəbər verir ki, növbəti mövsümdə avrokuboklarda çıxış edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın avqustda başlayacaq yarışlar üçün məşq keçməsinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən razılıq verilib.
Gənclər və İdman Nazirliyi bütün Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək. (Oxu.az)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin