Azərbaycan yığmasının üzvü İndoneziya klubunda
Türkiyənin “Ankara Karayolları” klubu ilə yollarını ayıran Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını İndoneziyada davam etdirəcək.
Komanda.az “Jatim.pikiran-rakyat” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı oyunçu “Qresik Petrokimiya” ilə anlaşıb.
Rəhimova daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliyada legioner həyatı yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin