Azərbaycan yığması beynəlxalq turnirdə birinci oldu

Bakı İdman Sarayında 2 dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq cüdo turniri keçirilib.

Komanda.az xəbər verir ki, əvvəlcə yarış iştirakçılarının və hakimlərin idman paradı olub. Sonra monitorda general-mayor Həzi Aslanov haqqında sənədli film göstərilib. Açılış mərasimində çıxış edənlər 39-cu dəfədir Bakıda keçirilən beynəlxalq yarışda bu il 7 ölkənin yeniyetmə cüdoçularının mübarizə apardığını söyləyiblər. Dövlət himnimiz səsləndirilikdən sonra beynəlxalq turnir açıq elan olunub.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistan cüdoçuları da mübarizə aparıb. Daha çox medal qazanan Azərbaycan yığması (8 qızıl, 12 gümüş, 20 bürünc) ümumi hesabda 1-ci olub. Sonrakı yerləri Ukrayna (4 qızıl, 2 gümüş, 2 bürünc) və Özbəkistan (4 qızıl, 2 bürünc) komandaları tutublar. Fərqlənən cüdoçulara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button