Azərbaycan təmsilçisi Çelenc Kubokunda mübarizəni dayandırdı
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda “Panatinaikos”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 3:1 (25:16, 25:12, 23:25, 25:16).
Bakıda reallaşan ilk matçda da 0:3 hesabı ilə uduzmuş Şuşa klubu mübarizəni dayandırmalı olub.
“Xarı Bülbül” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub etmişdi (3:0, 3:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin