Azərbaycan taekvondoçuları İranda daha 2 medal qazandılar

İranın paytaxtı Tehranda taekvondo üzrə “President Cup” turniri keçirilir.

Komanda.az xəbər verir ki, Asiya regionu üzrə G-2 kateqoriyalı beynəlxalq turnirində Azərbaycanın iki qadın taekvondoçusu medal qazanıb.

Qadınlardan ibarət milli komandanın liderlərindən olan Patimat Abakarova 53 kq çəki dərəcəsində turnirin bürünc medalına sahib olub.

Millinin kapitanı, 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova isə gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button