Azərbaycan Premyer Liqasının ən dəyərli klubu və futbolçusu
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən komandaların qiymətləri məlum olub.
Komanda.az xəbər verir ki, “Qarabağ” çempionatın ən dəyərli klubudur. Yay transfer pəncərəsinin bağlanmasından sonra Ağdam klubunun futbolçularının ümumi dəyəri 11,78 milyon avrodur.
“Neftçi” 8,28 milyon avroyla 2-ci, “Sabah” 7 milyon avroyla 3-cüdür. Dördüncü pillədə “Zirə” (6,50 milyon avro), 5-ci yerdə isə “Keşlə” (5,65 milyon avro) qərarlaşıb.
Növbəti yerlərdə “Qəbələ” (5,03 milyon avro), “Səbail” (4,8 milyon avro) və “Sumqayıt” (4,33 milyon avro) yer alıb.
Azərbaycan Premyer Liqasının ümumi dəyəri 53,35 milyon avrodur.
Premyer Liqada çıxış edən ən dəyərli futbolçu isə “Qarabağ”ın üzvü Abdullah Zubirdir. Fransalı futbolçunun dəyəri 1,30 milyon avro olaraq göstərilir.
Bizi Facebook-da izləyin