Azərbaycan millisinin yekun heyəti açıqlandı
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti dəqiqləşib.
Komanda.az xəbər verir ki, baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən Niderlandda keçiriləcək Avropa Olimpiya Lisenziya turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib.
O, yanvarın 7-12-də Apeldorn şəhərində baş tutacaq yarışda aşağıdakı voleybolçulara güvənəcək:
Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova;
Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk;
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova;
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.
Baş məşqçi: Vasif Talıbov
Məşqçilər: Famil Ağayev, Eldar Yusubov
Qeyd edək ki, yığmamız yarışda A qrupunda mübarizə aparacaq. Komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.
Bizi Facebook-da izləyin