Azərbaycan millisinin üzvü “Araz-Naxçıvan”a keçib

Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış edən futzalçı Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.

Komanda.az xəbər verir ki, 25 yaşlı oyunçu yeni mövsümdə ölkə çempionunun uğurları üçün çalışacaq.

Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.

Futzalçı Azərbaycan yığmasına məhz baş məşqçi Vitali Borisovun rəhbərliyi dövründə dəvət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button