Azərbaycan millisinin üzvlərinə “İdman usta”sı adı verildi
Azərbaycan millisinin uğurlarında pay sahibi olan bəzi voleybolçular “İdman usta”sı adını alıblar.
Komanda.az xəbər verir ki, millimizin üzvlərindən Natalya Məmmədova, Polina Rəhimova, Odina Əliyeva, Ayşən Abdulazimova, Aynur Kərimova, Ceyran İmanova, Şəfaqət Alışanova və Bəyaz Alıyeva Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən Azərbaycan Respublikasının “İdman ustası” adına layiq görülüb.
Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov “İdman usta”sı adını alan qadınlardan ibarət milli komandamızın üzvlərinə mükafatları təqdim edib. O, bu münasibətlə qızları təbrik edib:
“Bu gün sizi burada görməkdən çox məmnunuq. Ölkəmizin idman şərəfini layiqincə təmsil etdiyi üçün Natalya Məmmədova, Polina Rəhimova, Odina Əliyeva, Ayşən Abdulazimova, Aynur Kərimova, Ceyran İmanova, Şəfaqət Alışanova, Bəyaz Alıyeva Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbov tərəfindən Azərbaycan Respublikasının “İdman ustası” adını alıb. Bu münasibətlə hər birinizi ürəkdən təbrik edirəm. Hər birinizə bol-bol qələbələr arzu edirəm”.
Bizi Facebook-da izləyin