Azərbaycan millisinin sabiq üzvü karyerasını başa vurdu

Azərbaycan yığmasının sabiq müdafiəçisi Ruslan Abışov karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, o, 36 yaşında futbolla vidalaşıb.

Veteran futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:

“Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm. Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” formasıyla futbolla və sadiq azarkeşlərlə vidalaşım, amma qismət deyilmiş. Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə – məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm!”

Xatırladaq ki, Abışovun sonuncu iş yeri 2021-ci ildən formasını geyindiyi “Zirə” olub. O, karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Sabah”, “İnter” kimi klublarda da forma geyinib. Ruslan Rusiyada – “Rubin”də legioner həyatı da yaşayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button