Azərbaycan millisinin rəqibi Bakıya heç-heçə ilə gəlir
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan futbol üzrə Lüksemburq yığması yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Saarbrükken”lə qarşılaşıb.
“Jozi Bartel” stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Komandalar meydanı qolsuz tərk ediblər – 0:0.
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər arasındakı ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda baş tutacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin