
Azərbaycan millisinin Millətlər Liqasındakı oyunlarının təqvimi müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının 2023/2024 mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, C Liqasının III qrupunda yer alan yığma ilk oyununu sentyabrın 22-də evdə Kiprə qarşı keçirəcək.
Siyasət Əsgərovun yetirmələri qrupda son matçlarını da dekabrda öz meydanında keçirəcəklər.
Azərbaycan yığmasının oyunlarının təqvimi:
22 sentyabr. Azərbaycan – Kipr
26 sentyabr. Monteneqro – Azərbaycan
27 oktyabr. Farer adaları – Azərbaycan
31 oktyabr. Azərbaycan – Monteneqro
1 dekabr. Kipr – Azərbaycan
5 dekabr. Azərbaycan – Farer adaları
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin