De Byazi və Medvedevin “The Best” mükafatı sorğusunda kimlərə səs verdiyi məlum oldu
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin FİFA-nın “The Best” mükafatı üçün keçirdiyi sorğuda kimlərə səs verdiyi məlum olub.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis ilin ən yaxşı futbolçusu nominasiyası üzrə ilk səsini “Bayern”in hücumçusu Robert Levandovskiyə verib. 66 yaşlı baş məşqçi İngiltərə “Çelsi”sində çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, “Liverpul”dan misirli hücumçu Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.
Millinin və “Qarabağ”ın kapitanı Maksim Medvedev isə PSJ-nin oyunçusu Kilian Mbappeni ən yaxşı hesab edib. O, Levandovskini ikinci, “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kanteni isə üçüncü sırada göstərib.
Robert Levandovski FİFA-nın versiyasına əsasən ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.
Bizi Facebook-da izləyin