Azərbaycan millisi Portuqaliyaya biabırçı hesabla uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisi Portuqaliyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Portuqaliyadakı Fao İdman Mərkəzində keçirilən görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edib.Qarşılaşmanın baş hakimi Tanya Raciç olub. Yığmamız bu matçda 6 cavabsız qola üzülüb. İlk yarıda 4 qol buraxan futbolçularımız fasilədən sonra daha iki dəfə məyus olub.

Avropa çempionatı, qızlar U-19

2 oktyabr

Portuqaliya U-19 – Azərbaycan U-19 6:0
Baş hakim: Tanya Raciç (Bosniya və Herseqovina)
Baş hakimin köməkçiləri: Aida Yusufoviç (Bosniya və Herseqovina), Martina Neraliç (Xorvatiya)
Dördüncü hakim: Sabina Boliç (Xorvatiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button