Azərbaycan millisi Poltavaya 5 güləşçi ilə yollanır
Martın 2-də Ukraynanın Poltava şəhərində qadın güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək.
Komanda.az xəbər verir ki, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Həşimzadənin rəhbərliyi altında yarışda ölkəmizi 5 yeniyetmə güləşçi təmsil edəcək.
Poltavada Gültəkin Şirinova, Nərgiz Səmədova (hər ikisi 49 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (61 kq) və Nigar Mirzəzadə (65 kq) mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin