Azərbaycan millisinin hücumçusunun yeni klubu məlum oldu

Azərbaycan milli komandasının futbolçusu Anatoli Nuriyevin yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu Ukraynanın “Kolos” klubuna keçəcək. Bu barədə “dynamomania.com” saytı məlumat yayıb. Nuriyevin bu gün “Kolos”la rəsmi müqavilə imzalayacağı bildirilib.

Nuriyev ötən mövsüm Ukrayna “Minay”ında çıxış edib.

Hücumçu Azərbaycan milli komandasında 4 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button