Azərbaycanda idmançıların narkotikdən istifadə səbəbləri bilindi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılar arasında narkotiklə bağlı apardığı sorğunun nəticələrini açıqlayıb.

Komanda.az xəbər verir ki, sorğuda 608 şəxs iştirak edib. Onlardan 76 faizi kişilər, 24 faizi isə qadınlar olub.

Sorğuda iştirak edənlərin 47 faizi idmançıların narkotik vasitələrdən həzz almaq üçün yararlandığını bildirib.

Narkotik istifadəçilərinin 6 faizinin fikrincə, 1-2 dəfə narkotikdən istifadə aslılıq yarada bilməz. Onların 75 faizi bununla razı olmadığını, 19 faizi isə qismən razılaşdığını ifadə edib.

“Güclü təsiredici və psixotrop maddələr sizə təklif olunubmu” sualına idmançılardan 76 faizi təklif olmadığını, 17 faizi təklif olunduğunu və bunu qəbul etdiyini, 7 faizi isə təklif edildiyini, buna baxmayaraq, rədd cavabı verdiyini bildirib.

Respondentlərin 54,8 faizi həkimlərin məsləhəti, 19,4 faizi öz qərarları, 25,8 faizi digər şəxslərin həmin maddələri məsləhət gördüyünü etiraf edib.

Sorğudakı idmançılardan 68 faizi spirtli içkidən istifa etmədiyini, 21 faizi ayda 1-2 dəfə, 11 faizi həftədə bir neçə dəfə yararlandığını boynuna alıb.

74 faiz idmançı hesab edib ki, yarışdan kənar müddətdə də idmançıların narkotiklərdən istifadəsi qadağan edilməlidir. 6 faiz idmançı narkotikdən istifadənin yalnız yarış zamanı qadağan edilməli olduğunu bildiribsə, 4 faizi qadağaya qarşı çıxıb və belə maddələrin idman göstəricilərinə təsir etmədiyini vurğulayıb.

16 faiz isə sorğunun bu bölümündə iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button