AMADA gender bərabərliyi ilə bağlı beynəlxalq layihəyə başladı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) gender bərabərliyi ilə bağlı beynəlxalq layihəyə başlayıb.

Komanda.az xəbər verir ki, 10-11 may tarixində Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin 53-cü (CAHAMA) görüşündə Azərbaycanın nümayəndəsi və gender bərabərliyi məruzəçisi Şəfəq Hüseynli dünya üzrə antidopinq sahəsində gender bərabərliyi barədə məlumatsızlığın mövcud olması və gender balansının dopinqlə mübarizənin idarə edilməsində xüsusi əhəmiyyətini vurğulayıb. Hüseynli bildirib ki, hazırda Avropa Şurasının prioritetlərindən biri və BMT-nin dayanıqlı inkişaf məqsədi olan gender bərabərliyinə nail olmaq üçün bu sahədə vacib addımlar atılmalıdır.

Hüseynli Avropa Şurası ölkələrinin və Ümumdünya Antidopinq Agentliyinin nümayəndə heyətinə antidopinqdə gender bərabərliyin inkişaf etdirilməsi layihəsinə başlayacağını elan edib. Layihənin məqsədi antidopinq təşkilatları və antidopinq üzrə dövlətlərarası qurumların arasında gender balansı haqqında məlumatın toplanmasını, təsis sənədələrinin və daxili qaydaların təhlil edilməsi və bununla əlaqədar yekunda tövsiyə xarakterli sənədin hazırlanmasıdır.

Bu layihə müsbət qarşılanaraq Azərbaycana xüsusi təşəkkür bildirilmiş və Hüseynliyə layihənin daha da genişləndirilməsi və Avropa Şurası ilə birgə layihənin həyata keçirilməsi təklif edilmişdir. Nəticədə, Hüseynli Avropa Şurası ilə birgə gender bərabərliyi layihəsinə başlamışdır.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) antidopinq sahəsində artıq ikinci irimiqyaslı layihəyə rəhbərlik edir. Birinci layihə idmançıların hüquqlarının qorunması ilə bağlı 50-dən çox ölkəni əhatə edən antidopinq icraatı zamanı idmançının ədəlatli dinləməyə çıxışı barədə araşıdırmalarla bağlıdır. Birinci layihənin icrası hazırda davam edir.

Hüseynli 2019-cu ilin oktyabr ayında CAHAMA-nın görüşündə Gender Bərabərliyi Məruzəçisi seçilmişdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button