Azərbaycan kubokunda komanda yarışları başa çatıb

Stolüstü tennis üzrə Azərbaycan kubokunda komanda yarışları başa çatıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda kişilərin mübarizəsi Təhsil RİM kollektivinin qələbəsi ilə yekunlaşıb. MOİK ikinci yeri tutub. “Sərhədçi” və “Sumqayıt” komandaları 3-cü yeri bölüşüblər.

“Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-nin yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olub.

Yarışın növbəti günlərində tennisçilər şəxsi, qoşa və qarışıq-qoşa turnirində də qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

Ölkə kubokuna noyabrın 19-da yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button