![](https://komanda.az/wp-content/uploads/2024/06/fb0c1bbc-58fb-3a3b-aa09-7c47be80deb6_850-780x470.jpeg)
Azərbaycan karateçisi Xorvatiyada “bürünc” qazanıb
Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında bürünc medal qazanıb.
Komanda.az Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.
Komandaya bu yarışda AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin