Azərbaycan karateçiləri DÇ-dən 24 medalla qayıdırlar
Azərbaycan karateçiləri Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federsiyasının (WSF) 12-ci dünya çempionatında 14 qızıl, 7 gümüş və 3 bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, yarış 31 ölkədən 1804 karateçi arasında Dünya Karate Federasiyası (WKF), həmçinin Şobu ippon, Şobu sanbon qaydaları və açıq çəki dərəcəsi üzrə keçirilib.
Ayxan Mamayev və Elməddin Səlimli hər dörd versiyanın qalibi olmaqla “Grand Winner” mükafatına layiq görülüblər.
Müxtəlif versiyalar üzrə yarışlarda həmçinin Emil Xasiyev, Ülvi Bünyatov, Siyavuş Bayramov, Astan Qasımov, Xəyal Məmmədov, Səidə Mikayılova, Fehruz Nəbizadə, Valeriya Rudakova, Elnur Əliyev, Emiliya Mitilinova, eləcə də kumitedə böyüklər və veteranlar, katada isə qadınlardan ibarət komanda mükafatlara sahib çıxıb.
WSF-in Azərbaycan nümayəndəsi Rənad Əliyevə beynəlxalq təşkilatın 6-cı dan dərəcəsi təqdim edilib.
Bizi Facebook-da izləyin