Azərbaycan güləşçiləri üçün startda 3 erməni rəqib
Fevralın 10-da İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı start götürəcək.
Komanda.az xəbər verir ki, bu gün yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.
55 kq
1/4 final: Eldəniz Əzizli – Rudik Mkrtaçyan (ARM)
60 kq
Təsnifat: Murad Bazarov – Yakopo Sandron (İTA)
63 kq
1/8 final: Taleh Məmmədov – İbrahim Labazanov (RUS)
67 kq
Təsnifat: İslambek Dadov – Kristian İştvan Vança (HUN)
72 kq
1/8 final: Ülvü Qənizadə – Stoyan Stoyçev Kubatov (BUL)
77 kq
Təsnifat: Sənan Süleymanov – Aik Mnatsakanyan (BUL)
82 kq
1/8 final: Rafiq Hüseynov – Tirone Sterkenburq (NED)
87 kq
Təsnifat: İslam Abbasov – Kiril Maskeviç (BLR)
97 kq
Təsnifat: Orxan Nuriyev – Tadeuş Mixalik (POL)
130 kq
1/8 final: Sabah Şəriəti – David Ovasapyan (ARM)
Bizi Facebook-da izləyin